Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:18

-

Ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülər həftədə maksimum 40 saat çalışa bilərlər. Əgər sürücü çərşənbə günü də işləyirsə, gündəlik vaxtın müddəti 7 saatdan çox olmamalıdır.

Nazirlər Kabinetinin yeni təsdiqlədiyi «Avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar»da belə deyilir.

Hökumət həmin qaydalarda Nəqliyyat Nazirliyinə tapşırıb ki, iyulun 1-dən mülkiyyətçilərin vəsaitləri hesabına nəqliyyat vasitələrini rəqəmsal taxoqraflarla təmin etsin. Nazirlik sərnişin və yük avtonəqliyyat vasitələri üçün ölçmə cihazlarının növlərini müəyyən edəcək. Eləcə də sürücülərin iş və istirahət rejiminin yerinə yetirilməsini nəzarətdə saxlayacaq.

Qaydalar həm 8 sərnişin, həm də 3.5 tondan artıq çəkisi olan yük avtobuslarına şamil edilir.

Hazırda yük və sərnişin avtobuslarının sürücüləri ən qorunmayan qruplardan sayılır. Onlar sutkada 12 saata qədər işləyirlər. Onların çoxu yalnız bazar günü istirahət edir.

Ekspertlər sərnişin avtobuslarının iştirakı ilə qəzaların tez-tez baş verməsini bununla bağlayırlar. Onlar həmçinin hesab edirlər ki, yeni qayda əlavə sürücü yerlərinin açılmasına şərait yaradacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG