Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:39

-

«Meydan TV»nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyova 7 il həbs cəzası istənilib.

Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Fərid Nağıyev çıxış edib və bildirib ki, ilk məhkumluğu, Ağabəyovun himayəsində azyaşlı və xəstə uşağının olması yüngülləşdirici hal kimi nəzərə alınıb.

Vəkil Adil İsmayılov çıxışa hazırlaşmaq üçün vaxt istəyib: «Fikirləşirdim ki, prokuror ona bəraət verilməsini istəyəcək. Ona görə çıxışa hazır deyiləm».

Məhkəmə aprelin 22-də vəkilin çıxışı ilə davam edəcək.

İT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb.

Nazim Ağabəyov ittihamı rədd edir və narkotikin üzərinə polislər tərəfindən atıldığını deyir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG