Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:40

-

Ağsu rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Ərəbmehdibəyli kəndində olub. Kənd sakini, 20 yaşlı İsrail Kərimlinin özünü güllələyərək intihar etdiyi söylənir.

Əslən Laçın rayonunun Fingə qəsəbəsindən olan İ.Kərimli işsiz imiş. Onun ailəsi evlərinin olmaması, maddi çətinliklər və borc səbəbindən daim problemlər içində olub.

Aprelin 13-də İ.Kərimlinin valideynləri ilə mübahisə etdikdən sonra ov tüfəngi ilə qarın nahiyəsindən atəş açaraq özünə qəsd etdiyi deyilir. Hadisə vaxtı ata-anası ona mane olmağa çalışsa da, bunu bacarmayıblar.

İ.Kərimli hərbi xidmətdən 3 ay əvvəl qayıdıbmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son illər Azərbaycanda intiharların artdığı bildirilir. Mətbuatda gedən araşdırmalara görə, insanlar daha çox maddi çətinliklərdən canlarına qıyırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG