Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:22

Mard: «Yeni saziş müzakirə mərhələsindədir»


Malena Mard
Malena Mard

-

Avropa Birliyi (AB) və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni saziş məsələsi hələ müzakirə mərhələsindədir.

«Trend»in xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, həm Azərbaycan, həm də AB yeni, geniş və hərtərəfli hüquqi baza yaradılmasını istəyir.

M.Mard-ın bildirməsinə görə, tərəflər artıq 25 ildir sıx əməkdaşlıq edirlər. Əməkdaşlığa dair sonuncu saziş 1999-cu ildə qüvvəyə minib və həmin vaxtdan xeyli dəyişikliklər baş verib.

Avropa Birliyi ilə Azərbaycan arasında hələ iki il öncə Assosiativ üzvlük haqqında saziş imzalanmalı idi. Amma rəsmi Bakı bundan imtina edərək ikitərəfli strateji əməkdaşlıq haqqında saziş imzalamağı təklif etdi.

XS
SM
MD
LG