Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:28

Adı olub, özü olmayan müəllimlər var


Müəllim
Müəllim

-

«Məktəblərdə, təhsil sistemində yüzlərlə, minlərlə adları gedən, lakin özləri olmayan müəllim var. Ona görə də, müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi bu məsələdə kömək edəcək».

«Report»un xəbərinə görə, bunu Təhsil Nazirliyi informasiya şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən təlimdəki çıxışında deyib.

Onun bildirməsinə görə, 2014-cü ildə Bakıda keçirilən qiymətləndirmə zamanı 30 minə yaxın müəllimdən 6 min 500-ü ibtidai sinif müəllimi olub:

«Elə o zaman da ən böyük problemimiz həmin müəllimlərlə yaranıb. Onlar arasında təhsil səviyyəsi aşağı insanlar çox idi. Hətta elə olub ki, elmi dərəcəsi olanlar yalnız 5-6 suala cavab yaza bilib. Qiymətləndirmə zamanı bütün bu problemlər aşkara çıxıb. İmtahan nəticələrindən narazı qalan 3 min müəllimlə görüşüb əsas məqsədi onlara başa saldıq. Başa saldıq ki, sizinlə yanaşı, digər müəllimlərin fərqi bilinməlidir. Ölkə üzrə müəllimlərin diaqnostik qiymətləndirməsinin aparılmasında məqsəd ilk növbədə kimlə işləməyi müəyyənləşdirməkdir».

Müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev 2014-cü ilin sonlarında sərəncam imzalayıb.

Bəzi ekspertlər hesab edirlər ki, bu proses bir çox müəllimin işini itirməsi ilə nəticələnəcək.

XS
SM
MD
LG