Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:02

-

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Zirvə toplantısı İstanbulda başlayıb. Bu barədə Türkiyə prezidentinin saytında məlumat verilir.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da sammitə iştirak edir.

İki gün davam edəcək Zirvə toplantısında Fələstin problemi, Ərəb-İsrail münaqişəsi, miqrasiya, terrora, ekstremizm təhlükəsinə qarşı mübarizə və İslam dünyasında humanitar vəziyyət müzakirə ediləcək.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İƏT-ə üzv olan ölkələrin nümayəndələrindən ibarət Təmas qrupunun yaradılması məsələsinin də toplantıda müzakirə edilməsi gözlənilir.

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG