Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

-

Azərbaycan 2015-ci ildə Gürcüstan iqtisadiyyatına sərmayə yatıran ölkələr sırasında birinci yerdədir.

AZƏRTAC xəbər verir ki, ötən il Gürcüstan iqtisadiyyatına qoyulmuş 1.351 milyard ABŞ dolları xarici sərmayənin 542 milyon dolları məhz Azərbaycana məxsusdur.

Gürcüstan Milli Statistika Mərkəzinin məlumatına görə, 2014-cü ildə ölkə iqtisadiyyatına 1.758 milyard dollar xarici investisiya cəlb olunub. Bunun da 341 milyon dolları Azərbaycanın payına düşüb.

Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici ölkələr sırasında ikinci yerdə Böyük Britaniyadır.

Müstəqil iqtisadçılar hesab edirlər ki, Gürcüstan Azərbaycanla müqayisədə investisiya qoyuluşu üçün daha cəlbedicidir. Gürcüstanda həm korrupsiya azdır, həm də sahibkarlara daha əlverişli şərait yaradılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG