Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:08

-
ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tong aprelin 14-də Azərbaycana gələcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, K.Tong səfər çərçivəsində hökuməti rəsmiləri və biznes nümayəndələri ilə görüşəcək.

Onun həmçinin, azərbaycanlı tələbələrlə də görüşəcəyi, ölkədəki iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacağı da gözlənilir.

K.Tong habelə ABŞ-ın Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək.

Səfər aprelin 15-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG