Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:57

Atəşkəs 132 dəfə pozulub


Qarabağda erməni hərbçilər.
Qarabağda erməni hərbçilər.

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 132 dəfə pozub.

Bu zaman iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan istifadə edildiyi açıqlanır.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində və Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub.

Bundan başqa, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi kəndləri, Krasnoselsk rayonu ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqeləri vurulub.

Habelə, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndlərinin də atəşə tutulduğu bildirilir.

Eyni zamanda Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarındakı bir sıra məntəqələrin də atəş altında qaldığı açıqlanır.

Müdafiə Nazirliyinin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab verib.

XS
SM
MD
LG