Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:54

Putin sual-cavabda Qarabağdan danışdı


Rusiya prezidenti Vladimir Putin canlı yayımda əhalinin suallarını cavablandırır. Yazı yenilənir, ən son xəbər əvvəldədir.

+++

"Dağlıq Qarabağ münaqişəsi çox həssas mövzudur. Mən elə gəlir ki, biz bu mövzuya ehtiyatlı yanaşmalıyıq. Bu, çoxdankı münaqişə, çoxdankı problemdir, dondurulmuş vəziyyətdə idi, təssüflər olsun ki, orada qığılcım baş verdi. Biz əlimizdən gələni edəcəyik ki, bu münaqişə həll olunsun, hər iki tərəf üçün məqbul sayılan həll yolu tapılsın. Əlbəttə ki, Dağlıq Qarabağla bağlı uzunmüddətli həlli lazımdır. Bu, istisnasız olaraq siyasi həll yoludur".

O bildirib ki, güzəşt tapılmalıdır: "Bir neçə il əvvəl mənə elə gəlirdi ki, biz hər iki tərəfə sərf edən güzəşti tapmağa yaxınlaşmışıq. Təəssüflər olsun ki, belə deyilmiş. Beynəlxalq strukturlar çərçivəsində və ikitərəfli formatlarda münaqişənin həlli istiqamətində işlərimizi davam etdirəcəyik. Kimin nə deməsindən asılı olmayaraq, Rusiya bu münaqişənin həllində maraqlıdır. Biz həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edirik."

+++

Qərbin sanksiyalarına gəldikdə isə Putin deyib ki, bunun hələlik tezliklə aradan qaldırılacağını gözləmir: "Onlar bu məhdudiyyətləri saxlacaq, bu isə o deməkdir ki, biz də onların məhsullarına qarşı məhdudiyyətləri qüvvədə saxlayacağıq",deyə Putin vurğulayıb.

+++

Vladimir Putin illik çıxışında “Panama sənədləri”dən də danışıb.

O bildirib ki, bu sənədlərin sızdırılması təxribatdır və məqsəd rusiyalılar arasında şübhə toxumu səpməkdir.

Putin həmçinin yaxın dostu, violonçel ustası Sergei Polduginin Panamadakı ofşor şirkətlərdə 2 milyard dollarədək vəsaiti olması barədə məlumatları təkzib edib.

O bir daha seyib ki, Poldugin qazandığı bütün pullara musiqi alətləri alaraq Rusiyaya gətirib.

Putin deyib ki, məqsəd qarşıdan gələn parlament və prezident seçkiləri ərəfəsində ictimai rəyi çaşdırmaqdır.

+++

Vladimir Putin bildirib ki, Rusiya iqtisadiyyatı hələ ki, tam düzəlməyib, amma ardıq müsbət hərəkət müşaidə olunur.

Onun sözlərinə görə gələn il Rusiyada 1,4 faiz artım olacaq.

Amma Purin qeyd edib ki, ölkə iqtisadiyyatı hələ “boz xətt” dədir.

O qeyd edib ki, Rusiyada ərzaq məhsullarının bahalaşması müvəqqətidir və daxili məhsullar hesabına qiymətlər düşəcək.

Putin bildirib ki, keçmiş maliyyə naziri Aleksey Kudrin prezidentin yanındalı ekspertlər şurasınada işləyəcək və ola bilsin ki, qurumun müavinlərindən biri olacaq.

Vladimir Putin Suriyadakı vəziyyətədn də danışıb, bildirib ki, Suriya ilə bağlı sülh danışıqları davam etdirilməli, yeni konstitusiya hazırlanmalı və bunun əsasında seçki keçirilməlidir.

+++

Putin deyir ki, Rusiya Türkiyəni dost sayır, ancaq bəzi türkiyəli siyasətçilərlə problemləri var.

+++

Putin ölkə iqtisadiyyatının özünə gəldiyini söyləyib. Onun fikrincə, hökumət bu il ÜDM-nin azacıq düşəcəyini gözləyir. Putin-in sözlərinə görə, indiki templə xərclənsə, Rusiyanın azı 4 illik ehtiyatı var.

+++

«Suriyadan qoşunlarımızı elə uğurla çıxardıq ki, bundan sonra qüvvələrimiz Palmiranı tutdu», -Putin deyib.

+++

«Ölkə 4 ay heç nə etməsə belə, pulu olacaq». Putin belə deyib.

Prezident makroiqtisadi göstəricilərdən danışmağa başlayıb, ölkə rezervlərinin 2014-cü ilin əvvəlində olduğu səviyyəyə qayıtdığını söyləyib.

+++

Rusiya prezidenti Vladimir Putin sıravi rusiyalılar üçün ənənəvi sual-cavab sessiyasına başlayıb.

Kreml ölkə üzrə 1 milyondan artıq sual aldığını deyir.

Sessiya adətən 4 saat və daha çox çəkir. Bu, Putin-in 14-cü belə ənənəvi tədbiridir.

Rusiya neftin ucuzlaşması və Qərbin sanksiyaları üzündən iqtisadi çətinliklər yaşayır. Təhlilçilər Kremlin hər hansı narazılıq formasına həssaslıqla yanaşdığını vurğulayırlar.

«Birbaşa xətt» şousuna əhali zəng edir, Putin suallara videolinklər vasitəsilə də cavab verir.

Müşahidəçilər bu sessiyanın çox yüksək səviyyədə təşkil və idarə olunduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG