Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:38

NATO-Rusiya iclası olacaq


Monteneqroda NATO təlimlərinə hazırlıq, arxiv fotosu

Monteneqroda NATO təlimlərinə hazırlıq, arxiv fotosu

-

Aprelin 20-də 2014-cü ildən bəri ilk dəfə olaraq Rusiya-NATO toplantısı keçiriləcək. Toplantı NATO-nun Brüsseldəki qərargahında baş tutacaq.

NATO-nun sözçüsü Carmen Romero deyib ki, iclasın gündəliyinə Ukraynanın şərqindəki münaqişə, Minsk razılaşmalarının tam icrasının müzakirəsi daxildir. Minsk sazişləri hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında döyüşlərin dayandırılmasını hədəfləyir.

İclasda, eləcə də, NATO və Rusiyanın hərbi fəaliyyəti, Əfqanıstanda təhlükəsizlik durumu, regional terrorçuluq hədələri müzakirə olunacaq.

Rusiyanı görüşdə NATO-dakı nümayəndəsi təmsil edəcək. 2014-cü ilin iyunundan NATO Moskva ilə praktiki əməkdaşlığı dayandırmışdı. Səbəb Rusiyanın Ukraynanın Krım vilayətini qanunsuz anneksiya etməsi, separatçıları dəstəkləməsi idi.

XS
SM
MD
LG