Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:11

M.Qorbaçovun ingiliscə yeni kitabı çıxıb


M.Gorbachev, 1980
M.Gorbachev, 1980

-

Mikhail Gorbachev'un Londonda "Polity Press" mətbəəsində "Yeni Rusiya" adlı ingiliscə kitabı çıxıb. Əslində bu kitab "After the Kremlin" ("Posle Kremlya") adıyla həm rusca, həm də ingiliscə çap olunmuşdu, indi yeni əlavələrlə və yeni başlıqla bir daha nəşr olunur.

M.Gorbachev'un SSRİ-nin son illəri, 1991-ci il hadisələri, Almaniyanın birləşməsi haqda bir neçə memuar kitabı var.

Bu kitablarda o, SSRİ hakimiyyətinin ən üst təbəqəsinə qabaqcadan niyyətli şəkildə gəldiyini, niyyətinin SSRİ-ni dağıtmaq olduğunu yazır və beləcə, Qərbdə böyük rəğbət qazanır.

Əgər SSRİ-nin dağılması onun planına uyğun idisə, respublikalarda milli oyanış, müstəqilləşmə meyillərinin büruzə verməsi M.Gorbachev'un marağında olmalıydı. Elə isə respublikalarda 20 yanvara bənzər qətliyamlara nə ehtiyac vardı?

"Bir güllə atılmadan SSRİ-ni dağıtması" ilə tanınan M.Gorbachev'un bu kitablarını bir azərbaycanlının gözülə oxumaq bir sıra suallar doğurur.

XS
SM
MD
LG