Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:36

-

Ukraynanın iki böyük qərbpərəst partiyası aprelin 13-də hökumətlə bağlı razılaşma əldə edib. Onların razılaşdırdığı avropapərəst hökumətə parlamentin spikeri, Prezident Petro Poroshenko-nun müttəfiqi Volodymyr Hroysman başçılıq edəcək.

Hroysman-ın sözçüsü Dmitry Solyarchuk aprelin 13-də tvitter hesabında bu barədə yazıb.

Hroysman bu vəzifədə aprelin 10-da baş nazirlikdən istefa vermiş Arseniy Yatsenyuk-u əvəzləyəcək.

Ukrayna parlamentinin bir neçə üzvü də koalisiya razılaşmasının əldə olunduğunu təsdiqləyib. Onların sözlərincə, səhiyyə nazirliyindən başqa bütün nazirliklərin rəhbərləri müəyyənləşib. Yeni təyinatların aprelin 14-də elan olunacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG