Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

-

Rusiyanın ilhaq etdiyi Krım vilayətinin baş prokuroru tatar etnik azlığının təmsilçi orqanı olan Məclisin fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb.

Prokuror Natalya Poklonskaya-nın aprelin 13-də verdiyi qərar Məclisin ictimai toplantı keçirməsini, bank hesablarından istifadəsini, informasiya yaymasını qadağan edir.

Prokuror Məclisin birbaşa ekstremist təşkilat kimi tanınması üzrə iddia qaldırıb. Məhkəmə bu iddia üzrə qərar çıxaranadək qurumun fəaliyyəti dayandırılır.

Ukrayna Xarici İşlər Nazirliyi bunu “yarımadada fundamental hüquq və azadlıqların pozulması” adlandırıb.

Tatarlar Krımın 2 milyonluq əhalisinin 15 faizini təşkil edirlər. Onlar Rusiyanın 2014-cü ildə Krımı ilhaqına qarşı çıxıblar.

Anneksiyadan sonra tatarlar özlərinə qarşı rəsmi təqibdən şikayətləniblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG