Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:10

Prezident idarəsinə basqın etdilər


Prezidentin basqına məruz qalmış idarəsi

Prezidentin basqına məruz qalmış idarəsi

-

Makedoniyada etirazçılar Prezident Gjorge Ivanov-un idarəsinə basqın ediblər. Onlar prezidentin səsyazma qalmaqalı ilə bağlı rəsmilərin təqibini dayandırmaq qərarından qəzəbləniblər.

Aprelin 13-də nümayişçilər paytaxt Skopyenin mərkəzində prezidentin hərdənbir istifadə etdiyi idarənin pəncərələrini qırıb, binaya girib və otaqları talan edib. Onlar yaxınlıqdakı Ədliyyə Nazirliyi binasının da pəncələrini sındırıb, polislə toqquşublar.

Aprelin 13-də minlərlə etirazçı artıq ikinci gecə nümayişə çıxıb.

Bundan öncə Prezident Ivanov 56 hökumət rəsmisi və müxalifətçini əfv etmişdi. Müxalifət həmin şəxslərin səsyazılarını yaymışdı və korrupsiyada ittiham olunurdular. Prezidentin hərəkəti Makedoniyadan kənarda da etiraz doğurub. ABŞ deyib ki, bu əfv “korrupsioner siyasətçiləri” qoruya bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG