Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:25

ABŞ insan haqları hesabatını yaydı


Azərbaycanda etiraz aksiyası, arxiv fotosu

Azərbaycanda etiraz aksiyası, arxiv fotosu

-

ABŞ Dövlət Departamenti bildirir ki, Azərbaycan hakimiyyəti söz, sərbəst toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətləri gücləndirib. Bu məhdudiyyətlərə “qorxudulma”, “insan haqları müdafiəçiləri, fəallar, jurnalistlər və onların qohumlarına qarşı güc tətbiqi” daxildir.

Departament aprelin 13-də illik insan haqları hesabatını yayıb. Hesabatın Azərbaycana aid bölümündə ötən ilki hesabatda Azərbaycan Prezidenti İlham Əliyev hökumətinə qarşı səsləndirilmiş ittihamlar bir daha vurğulanır.

Hesabatda deyilir ki, ötən il hökumətin tənqidçiləri “sual doğuran ittihamlarla həbsdə yatıb”. Hakimiyyət “dinc narazıları cəzalandırmaqdan ötrü məhkəmə sistemindən istifadə edib”. Hesabatda o da vurğulanır ki, Azərbaycanda “vətəndaşların hökumətlərini azad və ədalətli seçkilər vasitəsilə dəyişmək bacarığına məhdudiyyətlər” qalır.

Qeyd edək ki, bu ilin martında 16 müxalifətçi, jurnalist, insan haqları fəalı həbsdən buraxılıb. İnsan haqları qrupları onları “siyasi məhbus” sayırdı. Ancaq həmin siyahıdan həbsdə qalanlar var. Müxalifət lideri İlqar Məmmədov və AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılova bu sıradadır.

Dövlət Departamentinin insan haqları hesabatının Azərbaycan bölümündə yer alan məlumatlar barədə ətraflı məlumat birazdan saytımızda olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG