Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:45

-

İstanbulda Türkiyə prezidenti Receb Tayyib Erdoğanla Azərbaycan dövlət başçısı İlham Əliyev axşam saatlarında görüşüb.

Bu barədə Türkiyə prezidentinin saytı xəbər yayıb.

Görüş Ulduz Sarayı Mabeyn İqamətgahında baş tutub.

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün aprelin 13-də Türkiyəyə işgüzar səfərə gedib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla qeyd edilib.

Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub.

İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin iki ölkənin münasibətinin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb.

Söhbət zamanı Dağlıq Qarabağ cəbhəsində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olunub. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG