Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:21

-

Aprelin 18-də Avropa Şurası Parlament Assambleyasının sessiyasının ilk günündə Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi müzakirə olunacaq. Bu haqda Turan xəbər verir.

Sessiyanın gündəliyində müzakirələrin mövzusu “Dağlıq Qarabağ münaqişəsinin son faciəvi eskalasiyası” adlanır.

Gözlənildiyi kimi, müzakirələrdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri bu dəfə ki, gərginliyin səbəbləri ilə bağlı öz versiyalarını təqdim edəcəklər.

Turan-ın xəbərinə görə, Ermənistan tərəfi Azərbaycanın hərəkətlərini pisləyən sənəd hazırlayır. Orada Azərbaycanı aqressor kimi təqdim etmək istəyir. Eyni zamanda Ermənistan tərəfi Azərbaycanı hərbi cinayətlər törətməkdə ittiham edir. Bu məqsədlə Strasburqa Cenevrə konvensiyasının Azərbaycan tərəfindən pozulması ilə bağlı “şahid və sübutlar” gətiriləcəyi gözlənilir.

Azərbaycan tərəfi də cavab tədbirləri hazırlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG