Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:40

-

Prezident İlham Əliyev İstanbulda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşüb. Bi haqda Prezident.az xəbər verir.

Görüşdə iki ölkə arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edilib. Qarşılıqlı əlaqələri bundan sonra daha da genişləndirmək üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi, xüsusilə son vaxtlar qoşunların təmas xəttində baş verən gərginliklə bağlı da fikir mübadiləsi aparılıb.

Bakir İzetbeqoviç İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

İlham Əliyev və xanımı Mehriban Əliyevə bu gün Türkiyəyə gedib.
Azərbaycan prezidenti aprelin 14-ü və 15-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak edəcək

Günün bütün mövzuları

XS
SM
MD
LG