Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:27

Zorla pambıqçılıq olmaz...


►Kilosu 50 qəpik olan pambıqdan kəndlinin və dövlətin cibinə nə girəcək?

Bu il pambığın bir kilosu 50 qəpikdən alınacaq.

Bunu AzadlıqRadiosuna Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Murtuzəli Hacıyev deyir.

O, nazirliyin bu istiqamətdə artıq fəaliyyətə başladığını söyləyir:

“Bilirsiz ki, artıq pambıq əkininə start verilib. Biz fermerləri toxum, gübrə və lazimi texnika ilə təmin edəcəyik. Pambığın da yüksək qiymətə alınacağına dövlət zəmanəti verilib”.

“Ağ qızıl”ın şöhrəti

Hökumət bu il pambıqçılığa xüsusi önəm vermək niyyətindədir. Prezident İlham Əliyev hökumətin son iclasında bu sahənin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

“Əminik ki, Azərbaycanın “ağ qızıl”ının şöhrətini geri qaytara biləcəyik”,

Murtuzəli Hacıyev vurğulayır. Onun sözlərinə görə, artıq pambıq təmizləyən müəssisələrlə müqavilələr bağlanıb.

Fermerlərə Türkiyədən gətirilmiş və ya yerli toxum verilir, gübrə ehtiyatı isə Azərbaycanda boldur.

Hökumət bu il pambıqçılığı 18 min hektardan 50 min hektara qaldırmaq, pambıq istehsalının həcmini 35 min tondan 100 min tona artırmaq niyyətindədir:

“Biz pambıqçılığı bərpa etməliyik. Keçən il 18 min hektar əkilib. Bu il qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaq. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək - keçən ildəkindən üç dəfə çox”, prezident İlham Əliyev aprelin 9-da keçirdiyi iclasda deyib.

“Dünya bazarında anbarlar doludur”

“Dünya bazarının Azərbaycan pambığına ehtiyac varmı, hökumət bunu araşdırıbmı?” Bu sualı aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov səsləndirir.

O əlavə edir ki, dünya bazarında indi kifayət qədər ciddi oyunçular və bol məhsul var:

“Dünya bazarında tələb olunan 24 milyon ton pambıq artıqlaması ilə istehsal olunur. Anbarlar doludur, üstəlik, bu il pambığın qiyməti əvvəlki ilə müqayisədə 10 faiz aşağı düşüb”.

Vahid Məhərrəmovun fikrincə, Azərbaycan hələ müəyyənləşdirməyib, – pambığı istehsal edib mahlıc kimi xarici bazarına təklif edəcək, yoxsa, emalı, məsələn, parça istehsalı ilə məşğul olacaq. Ekspert ortada hədəflərin olmadığı niyyətindədir:

“Bu pambığın artırılmasını onlardan kim istəyir? Hansı bazara çıxaracaqlar? Hansı keyfiyyətdə pambıq istehsal edəcəklər? Pambıq var ki, dünya bazarında tonu 1000 dollar, pambıq var ki, 5 min dolardı. Söhbət lifdən gedir”.

___________________________________________________________

Bunlara da bax:
Müsəlman ölkələri Qarabağ probleminin həllinə qoşulur
Xədicə İsmayıl: "İlham Əliyev də sifarişi verməkdə acizdir"

___________________________________________________________

Ekspert əlavə edir ki, Azərbaycanda pambıq istehsalında maya dəyərini aşağı salan tədbirlər həyata keçirilmir.

“Pambığı zorla əkdirməzlər”

“Əgər hökumət istəyirsə ki, fermerlər pambıqçılıqla məşğul olsun, zor işlətmək lazım deyil, qiyməti qaldırsınlar, görsünlər ki, camaat necə pambıqçılığı inkişaf etdirir”.

Bunu Saatlı rayonundan fermer Şamil Hacıyev söyləyir.

Gözlə

No media source currently available

0:00 0:00:52 0:00
Direct-ə keçid

O, pambığın bir kilosunun 50 qəpik olmasını heç də yüksək qiymət saymır, deyir ki, dollar 78 qəpikdən 1 manat 50 qəpiyə qalxıb. “Yəni manatın ucuzlaşması ilə müqayisədə 50 qəpik çox az məbləğdir”, deyə müsahibimiz qeyd edir.

Şamil Hacıyevin sözlərinə görə, pambıq alışı monopoliyada olduğundan qiymət müstəqilliyi yoxdur: “Xatırlayıram ki, 1992-93-cü illərdə İrandan, Türkiyədən iş adamları gəlib fermerlərdən həmin dövrə görə baha qiymətə pambıq alırdılar”, o əlavə edir.

Fermer pambıqçılığı kənd yerlərində işsizliyi aradan qaldıran ən əlverişli sahələrdən biri kimi xarakterizə edir və onun fikrincə, sadəcə, bu sahədə monopoliyanı aradan qaldırmaq lazımdır.

“Yaxşı məhsul götürənə mükafat da verəcəyik”

Fermerlərdən pambıq alan CTS Aqro MMC-nin Saatlı rayonu üzrə pambıqtəmizləyən zavodunun direktoru Qismət Mirzəyev nikbindir, deyir ki, onlar artıq fermerlərlə müqavilə bağlayıblar və ümid edirlər ki, məhsuldarlıq bol olacaq.

“Nəyə görə məhz 50 qəpik, məsələn, 70-90 qəpik yox?” sualına cavabında Qismət Mirzəyev deyir ki, pambığın becərilməsinin maya dəyəri onun 1 kilosunun 50 qəpik olmasını şərtləndirir. O əlavə edir ki, 1 hektara 20 sentnerdən (1 sentner-100 kiloqramdır) yuxarı məhsul toplayan fermer məhsulunun hər tonuna mükafat alacaq.

Statistika deyir ki...

Saatlıda ötən il əkin sahəsi artsa da, məhsuldarlıq aşağı düşüb.

Rəsmi statistikaya görə, ölkə üzrə 2000-ci ildə pambıqçılıq 100 min hektardan 2014-cü ildə 22 min hektara düşüb. Bir hektara məhsuldarlıq 1980-ci ildə 30 sentner olduğu halda, 2014-cü ildə 17,5 olub.

Son illərdə məhsul yığımı üzrə ən yüksək nəticə 2005-ci ildə əldə olunub, həmin vaxt respublika üzrə 197 min tona yaxın pambıq yığılıb. 2014-cü ildə yığım təxminən 41 min ton olub.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 13 aprel radio proqramında

V1 kodlu Azərbaycan rəsmisi kimdir? Azərbaycan neftinin isrlərini xarticilərə kim ötürüb?..
“Zorla pambıq əkdirməzlər”...

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 13 aprel TV proqramında

"Cəbhədə ölənlərin çoxu kasıb ailələrdəndir"
"Xaricdə təhsil vəd edən fırıldaqçılar?"

XS
SM
MD
LG