Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

-

Bu ilin birinci rübündə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində 135 cinayət işi başlanıb. Həmin cinayət işlərində söhbət vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan gedir. Bu haqda nazirliyin analitik-informasiya şöbəsinin məlumatında bildirilir.

Trend-in xəbərinə görə, qeyd olunan işlər üzrə aparılan araşdırmalar zamanı 4 milyon 618 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Departamentin İstintaq idarəsində isə 226 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. 4 nəfər təqsirləndirilən şəxs həbs edilib. İstintaqı tamamlanmış cinayət işlərindən 35-də 37 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

103 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə, onların icraatına xitam verilib. Vergi cinayətləri törətdiklərinə görə, barələrində axtarış elan olunmuş 11 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG