Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:14

►Rusiya Azərbaycandan görüş istəyir

Rusiya Qətərin paytaxtı Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə üzv və qeyri-üzv ölkələrin toplantısından əvvəl hasilatın yanvar ayı səviyyəsində saxlanılması ilə bağlı təklifə Azərbaycanın rəyini öyrənmək istəyir.

Rusiyanın energetika naziri Aleksandr Novak bu maqəsdlə aprelin 13-də azərbaycanlı həmkarı Natiq Əliyevə zəng edib. Xəbəri Energetika Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, Aleksandr Novak bu məsələdə Azərbaycan və Rusiyanın mövqeyinin öyrənilməsi üçün məsləhətləşmələrin vacibliyini qeyd edib. Birgə görüşün keçirilməsini xahiş edib.

Neft hasilatçıları aprelin 17-də Dohada görüşəcəklər. Həmin görüşdə Azərbaycanı energetika naziri təmsil edəcək.

Görüşə 18 ölkənin qatılacağı bildirilir. Norveç və Liviya artıq toplantıya qatılmayacaqlarını açıqlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG