Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:18

-

Aprelin 13-də bir qrup vətəndaş fəalı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimlini müdafiə məqsədi ilə onu yaşadığı evdə ziyarət ediblər.

Ziyarətçilərdən yenicə həbsdən çıxan “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyev Əli Kərimliyə qarşı keçirilən aksiyanın söz və fikir azadlığına qarşı yönəldiyini bildirib.

“Ölkədə hər bir şəxsin tənqidi fikir söyləmək hüququ yerli qanunvericilik və hökumətin insan hüquq və azadlıqları ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərdə təsbit olunub” - deyə İ.Əliyev qeyd edib.

Digər hüquq müdafiəçiləri müxalifət liderinə qarşı yönəlmiş aksiyaların diqqəti Rusiya ilə aparılan danışıqlardan yayındırmağa yönəldiyini bildiriblər. Hüquq müdafiəçiləri Ə.Kərimlinin evinin qarşısına gətirilən gənclərin aldadıldığını deyiblər.

“Həmin gənclərdən bir neçəsi onların Dağlıq Qarabağla bağlı aksiya keçiriləcəyi adı ilə aldadıldığını etiraf edib” - deyə jurnalist Rövşən Hacıyev qeyd edib.

Vətəndaş cəmiyyəti fəalları hesab edirlər ki, hökumət ölkədəki böhranı idarə edə bilmir. Ölkədə tənqidi səsləri boğmaq üçün qabaqlayıcı tədbir kimi müxalifət liderinin evinin qarşısı seçiilib.

“Bu aksiyalar da vəziyyətdən çıxış deyil. Hökumət islahatlara start verməlidir” - deyə görüşdə iştirak edənlərdən Turan agentliyinin rəhbəriMehman Əliyev bildirib.

Əli Kərimli isə bildirib ki, aksiyaların təşkilində məqsəd diqqəti hökumətin tənqidindən yayındırmaqdır. Panamada ofşor hesabları ilə bağlı onlara yönələcək tənqidi fikirləri qabaqlamaqdır.

“Ancaq iqtidar yanılır, bu hesabatlarda əks olunanlar xalqa izah ediləcək”- deyən Ə.Kərimli həmçinin, Dağlıq Qarabağ münaqişəsi ətrafında hökumətin Rusiya ilə gizli danışıqlarından şübhələnir.

“Hökumət Rusiyanın yenidən Azərbaycana qayıtmasını dəstəkləsə qarşısında bizi və ictimaiyyəti görəcək” - deyə AXCP sədri vurğulayıb.

Son bir neçə gün dalbadal bir qrup gənc AXCP sədri Əli Kərimlinin evinin qarşısına gələrək etiraz aksiyası keçirir. Aksiyaçılar onu Qarabağ cəbhəsində baş verən hadisələrdə Azərbaycanın dövlət siyasətinə qarşı çıxmaqda günahlandırır, ermənipərəst siyasət yürütdüyünü deyirlər. Etirazçılar hətta partiya sədrinin ölkəni tərk etməsini tələb edən şüarlar da səsləndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG