Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

-

Pesah bayramı ərəfəsində İsrailin terrorizmə qarşı mübarizə qərargahı bu vətəndaşlarına bəzi yerlərə getməməyi tövsiyə edib. Qərargahın saytında dərc edilən siyahıya görə, Türkiyə, Pakistan və bəzi Afrika ölkələri daha çox təhlükəli yer sayılır.

Turan-ın xəbərinə görə, siyahıda keçmiş SSRİ respublikalarından Azərbaycan və Çeçenistan (RF) da yer alıb.

Tövsiyə olunur ki, əgər xüsusi zərurət yoxdursa Azərbaycana getməsinlər, Çeçenistanda isə təhlükənin səviyyəsi yüksək qiymətləndirilir. İsraillilər dərhal ölkə ərazisini tərk etməyə çağırılır. Azərbaycana getməməyin səbəbləri açıqlanmır.

Qərargahın xəbərdarlığında deyilir ki, hətta Qərbi Avropa ölkələrində də daim diqqətli olmaq lazımdır. Adamların sıx olduğu yerlərdə, əsasən stadionlarda, vağzallarda, ticarət mərkəzlərində olmamaq tövsiyə edilir.

Pesah bayram hər il aprelin 15-də başlayır və 7-8 gün davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG