Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:09

-

“Qarabağ münaqişəsi zonasında son hadisələr göstərdi ki, bundan sonra status-kvo saxlanıla bilməz. Danışıqların bərpa edilməsi, düşmənçiliyə son qoyulması və atəşkəs rejiminin saxlanması üçün birgə səylər vacibdir”.

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogherininin Avropa Parlamentinin plenar sessiyasındakı çıxışında belə deyib.

Turan-ın xəbərinə görə, F.Mogherini qeyd edib ki, bu yaxınlarda Bakı və Yerevana səfəri zamanı nizamlanma məsələsini müzakirə edib. Mogerini nizamlanma yollarının axtarışı ilə bağlı AB-nin Cənubi Qafqaz və dondurulmuş münaqişələr üzrə xüsusi nümayəndəsi Herbert Zalberin səylərini qeyd edib. Əlavə edib ki, Brüssel ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Qarabağ münaqişəsinin mənfi nəticəsindən və sülh üçün təhlükəsindən ətraflı danışan Mogerini hər hansı orijinal ideya təklif etməyib. münaqişənin baş qaldırması səbəbləri və ya çıxış yolları ilə bağlı fikir söyləməyib.

Sonra çıxış edən deputatlar müxtəlif fikirlər söyləyiblər. Ermənistanın tərəfdarları Bakını tənqid edərək aqressiyada ittiham ediblər.Azərbaycanın tərəfdarları isə bütün səyləri münaqişənin nizamlanmasının əsası kimi ərazi bütövlüyünün təminatına yönəldilməsinə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG