Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:29

Daşımalar azalıb, gəlirsə manatla artıb


Dəmiryol
Dəmiryol

-

Yanvar və fevralda TRACECA nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən 1 milyon 172 min ton yük daşınıb. Bu, 2015-ci ilin iki ayındakından 38.7 faiz azdır. Dövlət Statistika Komitəsindən belə deyiblər.

Yük axını azalsa da, nəqliyyatçıların yük daşınmasından gəlirləri artıb. İki ayda yük tranzitindən 30.7 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövründəkindən 37.4 faiz çoxdur.

Tranzit yük daşınmasından dəmiryolçular 14.8 milyon manat (91 faiz), «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC 15.8 milyon manat (8.8 faiz) əldə edib.

Komitənin bilgisinə görə, TRACECA nəqliyyat dəhlizi ilə indiyədək 9.5 milyon ton tranzit yük daşınıb.

TRACECA layihəsini Avropadan Qara dəniz, Qafqaz, Xəzər vasitəsilə Mərkəzi Asiyaya çıxmaq üçün Avropa Birliyi maliyyələşdirir.

Ötən il Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən 2 dəfə dəyər itirib.

XS
SM
MD
LG