Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:18

Dini rəhbərlərdən dünya ictimaiyyətinə


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Müharibənin sülh yolu ilə həll olunmasını istəyən, günahsız qurbanların sayının artmasına qarşı çıxan Azərbaycan birtərəfli qaydada atəşkəs elan edib. Hazırda ümumi atəşkəs haqda razılaşma əldə olunsa da, bu, qarşı tərəfdən mütəmadi şəkildə pozulmaqdadır».

Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin dünya ictimaiyyətinə ünvanladıqları müraciətdə belə deyilir. Müraciət Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Azərbaycan arxiyepiskopu Aleksandr, Dağ Yəhudiləri İcmasının rəhbəri Melix Yevdayev və Azərbaycan Avropa Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç imzalayıb.

APA-nın xəbərinə görə, din xadimləri bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etdiklərini bildiriblər.

«Son günlər Ermənistanın işğalçı niyyətini bir daha sübut edib. Bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınır. Dağlıq Qarabağ Respublikası adlı qondarma qurum heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən qəbul edilmir. Nəticə etibarı ilə işğal altında olan ərazilər nəzarətsiz, istənilən qanunsuz əməllər üçün əlverişli məkandır», - deyə müraciətdə bildirilir.

XS
SM
MD
LG