Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:56

-

«Azərbaycanda heç də zəif olmayan formada dindarlaşma prosesi gedir. Bu, ölkədə bir sıra problemlər yaradır».

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Parlamentdə keçirilən «Ailə institutunun formalaşmasında adət-ənənələrimiz» mövzulu tədbirdə G.İsmayılov qeyd edib ki, bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimlik dini kimliklə qarşı-qarşıya qoyulur.

«Digər problem odur ki, dindarlaşma prosesi getdikcə, bəzi dini qruplar daxilində radikallıq meylləri yaranır. Dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir. Ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranır. Bəzən qadın hüquqlarına qarşı çıxışlar olur», - sədr müavini bildirib.

O, qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək kimi hüquqlarının basqı yaşadığını söyləyib.

Komitə sədrinin müavini deyib ki, belə problemlər hüquqi müstəvidə həll edilməli, paralel olaraq maarifləndirmə işləri də aparılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG