Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:38

Karavacconun 4 əsr idi ki, itən əsəri tapıldı


Michelangelo Merisi da Caravaggio

Michelangelo Merisi da Caravaggio

Fransanın Tuluza şəhərində sakinlərdən biri çardağında məşhur rəssam Karavacconun orijinal əl işini tapıb.

“Yudif və Olofern” əsərinin taleyi təxminən 400 il idi ki, bilinmirdi.

Karavacco öz əsərlərində işıq və qaranlığın mükəmməl təzadını əks etdirən il rəssamdır.

İki il bundan əvvəl Tuluzadakı bir ailə tavanlarının damdığını görür. Onlar çardağa qalxanda qapı görür və içəri girəndə bu əsəri tapırlar.

Əsər müxtəliv ekspertizalardan keçirilir və nəhayət sonda onun Karavaccoya məxsus olduğu bəəli olur.

“Heyratamiz odur ki, bu indi baş verir. Hələ 30-50 il bundan əvvəl belə şeylər adi hal idi, amma indi, bazarın ağılagəlməz dərəcədə inkişaf etdiyi, hamının itmiş və unudulmuş əsərləri axtardığı bir vaxtda, bu incəsənət dünyasında əsil bombadır”, deyə mütəxəssis Stefane Pinta deyir.

O ki, qaldı Karavacconun belə bir əsəri olmasına, bu çoxdan bəlli idi, onu ədəbiyyatda təsvir edirdilərŞ onun surəti var. Amma əsərin əsli 1617-ci ildən itmişdi:

“Bu heyrətamiz bir əsərdir, bu bizim öyrəşdiyimiz Karavacoya bənzəmir. Hər bir rəssamın öz dəsti-xətti var və bu Karavaconun üslubudur. Əsər tam enerji, ixtira ilə doludur. Bu kiminsə düzəltdiyi sürət yox, orijinaldır, əzab, əziyyətyox , ayıq hesablamadır” deyə mütəxəssis Erik Turken deyir.

Ekspertlər deşik çardaqda qalan bu əsərə 130 milyon avro qiymət qoyublar.

Fransa hakimiyyəti əsəri milliəmlak elan edib.

Əsər , onu yerli muzeylərdən birinin alması məqsədilə, 2 il yarım ölkədən kənara satıla bilməz .

Günün bütün mövzuları

XS
SM
MD
LG