Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:19

Azərbaycanı müdafiə edən Fuad Abbasovu işdən çıxartdılar


Son günlər Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı Moskva televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov işdən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, F. Abbasov 1997- ci ildən bəri Türkiyənin İxlas Xəbər Agentliyində çalışır. Son 6 ildə isə agentliyin Moskva təmsilçisi kimi fəaliyyət göstərir. Bu gün isə qurumun rəhbərliyi onun Moskvadakı işinə son verib. Jurnalistə göndərilən məktubda buna səbəb kimi Moskvada işlərin yaxşı getməməsi göstərilir.

“Nə istədiklərini başa düşmədim. Son 6 ildə Rusiyanın müxtəlif qəzet, internet media , radio və televiziyalarında 50-dən çox çıxışım olub. Heç bir qarşılıq gözləmədən SU-24 böhranından sonra Türkiyənin mövqelərini Rusiyada müdafiə etmişəm. Buradakı türk məsləkdaşlarımdan isə ən çox eşitdiyim ifadə bu olub. “Rusiya-Türkiyə münasibətlərini boş ver, işdən çıxarılarsan, kimsə sənə sahib çıxmaz” olub.

Öyrəndiyimə görə işimə Moskvadan gələn tələblə son verilib. Təbiidir ki, buna sevinənlər də oldu. Çünki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyyətini tənqid edən, rus siyasətçilərinin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu çatdıran başqa heç kim yox idi. Sevinənlər arasında mən də varam. Çünki son günlər gözünə yuxu getməyən anam gecələr artıq rahat yata biləcək”- deyə jurnalist sosial şəbəkədə yazıb.

Fuad Abbasov son olaraq Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" siyasi tok-şousunda çıxış edib. Həmin verilişdə digər azərbaycanlı ekspertlər kimi F.Abbasov da ermənipərəst rusiyalı politoloqların və erməni ekspertlərin Qarabağla bağlı iddialarına cavab verib.

İHA CAVAB VERİR. ...SƏN DEMƏ GÖRÜNTÜ PROBLEMİ OLUB

Qarabağda baş verən son hadisələrlə bağlı Rusiya televiziyalarında Azərbaycanın mövqeyini müdafiə edən jurnalist Fuad Abbasovun Moskvadan gələn göstərişlə işdən çıxarılması ilə bağlı açıqlamasına İHA agentliyi münasibət bildirib.

Agentliyin Xarici xəbərlər departamentinin müdiri Muammer Serhen “Qafqazinfo”ya açıqlamasında F.Abbasovun işdən çıxarıldığını təsdiqləyir, ancaq səbəbini başqa cür izah edir:

“Onunla agentlik arasında anlaşma ləğv edildi. Bizim üçün görüntü önəmlidir. Lakin Fuad Abbasov bizi görüntü ilə təmin edə bilmirdi. Onun Rusiya televiziyalarında çıxışlarından məmnun idik. Həm Türkiyəni, həm də Azərbaycanı, xüsusən də Dağlıq Qarabağ mövzusunda müdafiə edən gözəl çıxışları olub. Lakin işdən çıxarılmasına səbəb video görüntü əksikliyi olub”.

XS
SM
MD
LG