Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:06

BMT tarixi dinləmələr keçirir


Antonio Guterres jurnalistlər qarşısında, 12 aprel, 2016-cı il

Antonio Guterres jurnalistlər qarşısında, 12 aprel, 2016-cı il

-

BMT-də ilk dəfə olaraq yeni baş katibin seçilməsinə kömək məqsədilə dinləmələr keçirilir. İndiyədək bu proses Təhlükəsizlik Şurasının və onun daimi üzvlərinin iştirakıyla baş tuturdu.

Dinləmələr aprelin 12-də başlanıb. Üzv ölkələr namizədləri müxtəlif məsələlərlə bağlı sorğu-sual edirlər. BMT sülhmıramlılarına qarı cinsi təcavüz iddiasından tutmuş, güclü dövlətlərin təzyiqinə duruş gətirmək kimi məsələləri soruşurlar.

Monteneqronun Xarici işlər naziri Igor Luksic Baş Assambleyası qarşısına çıxan 8 namizəddən birincisi olub. O, Balkan ölkəsinin etnik müxtəlifliyindən danışıb. Ondan sonra UNESCO-nun baş direktoru Irina Bokova və BMT-nin qaçqınlar üzrə keçmiş rəsmisi Antonio Guterres çıxış ediblər.

Baş katib postu indiyədək Asiya, Afrika, Latın Amerikası və Avropa arasında rotasiya olunub. İndi isə Rusiya daxil olmaqla, Şərqi Avropa ölkələri gileylənirlər ki, heç vaxt baş katibləri olmayıb və onların növbəsidir.

Digər namizədlər Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim, Xorvatiyanın keçmiş xarici işlər naziri Vesna Pucic, Sloveniyanın keçmiş prezidenti Danilo Turk, Moldovanın keçmiş xarici işlər naziri Natalia Gherman-dır.

Günün bütün mövzuları

XS
SM
MD
LG