Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:04

Azərbaycan hərbçisi axtarılır


Qarabağda həlak olmuş erməni əsgərin Yerevanda dəfni.

Qarabağda həlak olmuş erməni əsgərin Yerevanda dəfni.

-

Aprelin 2-dən 5-dək cəbhənin təmas xəttində baş vermiş toqquşmalar zamanı həlak olan Ermənistan hərbçisinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılıb.

AZƏRTAC bu barədə xəbəri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən yayıb.

Məlumatda bildirilir ki, bu haqda aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb. Hazırda isə bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işləri davam etdirilir.

Aprelin 9-u və 8-də tərəflər döyüş meydanından Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə meyitlərin çıxarılmasına başlamışdılar.

Aprelin 10-da isə yenə beynəlxalq qurumların vasitəçiliyi ilə tərəflər nəzarət etdikləri ərazilərdə qalan meyitləri bir-birlərinə qaytarmışdılar. Ancaq Azərbaycan Müdafiə Nazirliyi bu prosesdə neçə meyiti qaytardıqlarını, neçəsini isə geri aldıqlarını açıqlamırdı.

Aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində keçirilən hərbi əməliyyatlarda hər iki tərəf itki verib.

Ötən həftə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı Azərbaycanın bu döyüşlərdə 31 hərbçi itirdiyini bildirmişdi. Amma bəzi KİV və sosial şəbəkələrdə yayılan müxtəlif siyahılarda daha çox adamın həlak olduğu iddia edilir. Hətta müxalifət partiyaları aprelin 12-də keçirdikləri tədbirdə Azərbaycanın son günlər 90-dan çox itki verdiyini söylədilər.

Müdafiə Nazirliyi, hələlik, bu iddialara rəsmi münasibət bildirməyib.

Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG