Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:13

-

«Fitch» beynəlxalq reytinq agentliyi post-devalvasiya dövründə Azərbaycan bank sektorunu dəyərləndirib.

«Report» xəbəri «Fitch» agentliyinə istinadən yayıb.

Agentlik hesab edir ki, manatın devalvasiyası Azərbaycan banklarına mənfi təsir edib. Üstəlik, problemli kreditlərin həcminin daha da artacağı ehtimal edilir.

«Fitch»in ekspertləri hesab edirlər ki, bank sektoru üzrə problemli kreditlərin (90 günü keçən) məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ilin yekununda 9.5 faizə yüksəlib. 2014-ci ilin sonunda bu göstərici 8.3 faiz olub.

Hazırda Azərbaycanda problemli kreditlərin 1 milyard 400 milyon manata yaxın olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG