Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:48

-

Avropa Komissiyası Ukrayna ilə viza qaydalarının sadələşdirilməsi təklifindən əl çəkməməyi planlaşdırır. Bunu Avropa Birliyinin genişlənmə üzrə komissarı Johannes Hahn aprelin 12-də Azad Avropa/AzadlıqRadiosuna deyib.

Ötən həftə Niderlandda keçirilmiş referendumda seçicilər Ukrayna ilə münasibətlərin yaxınlaşmasının əleyhinə səs veriblər. Ancaq Hahn deyir ki, bu ölkəylə viza sadələşdirilməsindən imtina “ədalətsizlik” olardı, çünki Brüssel “daim Kiyevdən müəyyən şərtlər istəyib”.

Brüssel rəsmiləri Ukrayna üçün vizanın sadələşdirilməsi təklifinin aprelin sonunadək irəli sürüləcəyini bildirib. Ancaq AB üzvlərinin və Avropa Parlamentinin bu təklifi səsverməyə çıxaracağı, hələlik, bəlli deyil.

AB-nin 27 üzvü Ukrayna ilə AB-nin Assosiasiya Sazişini ratifikasiya edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG