Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:49

17 yaşlı qız özünü asıb? 


-

Sabirabadda intihar hadisəsinin baş verdiyi bildirilir. APA –nın xəbərinə görə, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 17 yaşlı Hacıxanım Mehdizadənin damda asılmış meyiti aşkarlanıb. Ölümün hansı səbəbdən baş verdiyi, hələlik, məlum deyil.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Son illər Azərbaycanda intihar hallarının artdığı bildirilir. Bəzi KİV-lərin məlumatına görə, təkcə, bu il aprelin 11-də Azərbaycanda 5 intihar fakt qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG