Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:31

-

"Biz Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyirik. Hesab edirəm ki, bu, bizim, sizin və bütün Azərbaycanın istəyidir". Bunu Prezident İlham Əliyevin aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşü zamanı ABŞ-ın Bakıdakı səfiri Robert Cekuta deyib.

AZƏRTAC informasiya agentliyinin xəbərinə görə, səfir deyib ki, ABŞ ən çətin məqamlarda Azərbaycanın yanında olub və indi də ona yardım etmək istəyindədir:

"Əlbəttə ki, energetika sektoru hər iki tərəf üçün və ümumiyyətlə, dünya miqyasında vacib sahədir. ABŞ şirkətləri Azərbaycanda təkcə istehsalat sahəsində yox, həmçinin xidmət və digər sahələrdə daha güclü rola yiyələnməkdən ötrü başqa ölkələrdəki şirkətlərlə işləyirlər. Hesab edirəm ki, kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrində, habelə qeyd etdiyiniz yeni sahələrin inkişafında sizə yardımçı ola bilərik”.

Robert Cekuta qeyd edib ki, 1992-ci ildən bəri ABŞ Azərbaycana müxtəlif xətlərlə 1,2 milyard dollardan çox yardım edib: “ Beləliklə, bizim diqqət yetirdiyimiz sahələrdən biri də sahibkarlığın və kənd təsərrüfatının inkişafıdır. Biz bu işin davam etdirilməsini səbirsizliklə gözləyirik. Hesab edirəm, özəl sektor bəzən bizə harada daha yaxşı fəaliyyət göstərdiyimizi, hansı sahələrə isə daha çox diqqət yetirilməsinə zərurət yarandığını yaxşı əks etdirir", - deyə o əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG