Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:47

Corciya ştatında edam


-

ABŞ-ın Corciya ştatında bir kişi 20 il öncə 19 yaşlı bir qadını güllələdiyinə görə edam olunub.

Jackson dövlət həbsxanasının direktoru Bruce Chatman bildirib ki, Kenneth Fults aprelin 12-də axşam xüsusi maddə qəbulu ilə edam edilib.

Fults 1996-cı ilin yanvarında oğurluq zamanı qonşusunu öldürdüyünü etiraf etmiş, ölüm cəzasına məhkum edilmişdi. ABŞ Ali Məhkəməsi hökmü qüvvədə saxlamışdı.

Bu, ilin əvvəlindən Corciyada dördüncü, ABŞ-da isə 12-ci edamdır.

1976-cı ildə ABŞ Ali Məhkəməsi ölüm cəzasına yenidən icazə verib. O vaxtdan ölkədə 1400-dən çox edam həyata keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG