Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:48

İranla İtaliya arasında sənədlər imzalandı


Hassan Rohani və Matteo Renzi

Hassan Rohani və Matteo Renzi

İranla İtaliya arasında bir sıra ikitərəfli razılaşmalar imzalanıb.

İRNA agentliyinin məlumatına görə, İtaliyanın baş naziri Matteo Renzinin Tehrana səfəri zamanı imzalanan sənədlərdə söhbət qaz sövdələşməsindən gedir.

İtaliyanın “Enel” energetika və qazş kirkəti ilə İranın Milli Qaz Şirkəti arasında imzalanan əməkdaşlıq razılaşmasında İtaliyaya uzunmüddətli qaz təhcizatı, tədqiqat, bu sahədə informasiya mübadiləsi, təlim və digər məsələlər nəzərdə tutulur.

İran energetika nazirinin müavini Ali Reza Deaminin sözlərinə görə tərəflər həmçinin bir sıra beomassa, geotermal və günəş elektrik stansiyalarının tikintisi barədə razılaşma əldə ediblər.

Bundan başqa Tehran hava limanının təmiri və turizm sahəsində əməkdaşlıq barədə sənədlər imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG