Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:22

Ukraynada Volodymyr Hroysmanın rəhbərliyi ilə yeni hökumət yaradılması barədə danışıqlar dalana dirənib.

Bu barədə aprelin 12-də “Petro Poroshenko Bloku”ndan deputat Sergei Leshenko məlumat verib.

Onun sözlərinə görə Hroysmanla prezident aparatı nazirləri kimin təyin etməsi barədə razılığa gələ bilməyiblər.

“Petro Poroshenko Bloku”nun nümayəndələri bildirir ki, Arseniy Yatsenyukun istefası, yeni baş nazir və hökumətin tərkibi ilə bağlı parlamentdə səsvermə cümə axşamı olmalıdır.

Bundan əvvəl səsvermənin aprelin 12-də keçiriləcəyi gözlənilirdi.

Baş nazir Arseniy Yatsenyuk bu günlərdə istefa verdiyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG