Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:28

"Barselona"nın futbolçusu Neymar dünyanın ən çox qazanan futbolçusu ola bilər.

İspaniya mətbuatının yazdığına görə, o yeni müqavilə ərəfəsində illik gəlirinin artırılmasını tələb edir.

Hazırda ilə 9 milyon 180 min avro qazanan Neymar yeni müqavilədə ilə 45 milyon avro qazanmaq istəyir.

Məlumatlara görə onunla Madridin "Real", Fransanın “PSJ” və İngiltərənin "Mançester Siti" klubu kimi komandalar maraqlanır.

“Barselona” yayda bir neçə yeni sponsorla anlaşaraq büdcəsini genişləndirmək və Neymarı komandada saxlamağı planlaşdırır.

Klubun digər futbolçusu Lionel Messinin yeni mövsümdən "Barselona"da ilə 42 milyon avro qazanacağı iddia olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG