Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:45

Ceyhun Mirzəyev 70 yaşına çatdı


►Tanınmış aktyor məzarı başında yad edilib

Tanınmış kinoaktyor və rejissor Ceyhun Mirzəyevin 70 yaşı tamam olub.

C. Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının yaydığı xəbərə görə, buğun həmin qurumun və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının kollektivi onu məzarı başında yad edib, qəbrinə əklil qoyublar.

Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdamda doğulub.

Kinoda ilk rolu 11 yaşında “Görüş” filmində olub.

12 yaşında onu ulduza çevirən “Ögey ana” filmində İsmayıl rolunda çəkilib.

Ceyhun Mirzəyev uzun illər kinostudiyada rejissor və aktyor çalışıb, Rusiya, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə filmlərə çəkilib.

“Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, bu jurnal üçün 100-dən çox süjet çəkib.

Son filmi “Fəryad” olub.

Qarabağ müharibəsindən bəhs edən ekran əsərinin həm rejissoru olub, həm də filmdə əsas obrazların birində çəkilib.

Ancaq filmin premyerasını görmək ona qismət olmayıb.

Aktyor 1993-cü ildə qəflətən vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG