Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:27

Ombudsmandan dünya birliyinə çağırış


-

“Aprelin 2-dən Azərbaycan əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər ağır artilleriyadan atəşə tutulub. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olub, ağır yaralanıblar”. Ombudsman Elmira Süleymanovanın aprelin 12-də yaydığı bəyanatda belə deyilir.

Bəyanat BMT Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına ünvanlanıb.

Bəyanatda həmçinin vurğulanır ki, Ermənistan beynəlxalq sənədləri, o cümlədən Cenevrə konvensiyalarının müddəalarını kobud şəkildə pozur. Qeyri-insani hərəkətləri davam etdirir, kütləvi şəkildə azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozur.

Ombudsman beynəlxalq qurumları Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması, sülh şəraitində birgə yaşayışın bərpa edilməsi məqsədilə dinləmələr keçirməyə və konkret tədbirlər görməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG