Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

-

Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə parlamentə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezident .az-da açıqlanan sərəncama görə, Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər 2016-cı il iyunun 18 -nə təyin edilib.

Ötən il noyabrın 1-də keçirlən parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələrini ləğv etmişdi.

İlkin nəticələrə görə, dairədən əvvəlki deputat Çingiz Əsədullayev lider olsa da MSK səsvermə günü ciddi pozuntulara yol verildiyi əsası ilə nəticələri ləğv etmişdi.

O zaman media MSK-nın bu qərarını Ç. Əsədullayevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohum olmasına bağlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG