Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:54

-

Azərbaycanla Qazaxıstan dəmiryolçuları birgə nəqliyyat konsorsiumu yaradır. Yeni konsorsiumun yaradılması Azərbaycan Dəmir Yolları Cəmiyyətinin sədri Cavid Qurbanovun qazaxıstanlı həmkarı Askar Mamın ilə bu gün Bakıdakı görüşündə müzakirə edilib.

Cəmiyyətin yaydığı xəbərə görə, dəmiryolu qurumları rəhbərinin görüşündə yük daşınması həcminin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə edilib.

Habelə, Azərbaycan dəmir yolu nəqliyyatı üçün teplovoz, rels, yoldəyişdirici qurğuların gətirilməsi məsələləri də nəzərdən keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG