Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:26

Avropa Birliyi insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaları daha bir il uzadıb.

Sanksiyalar 82 nəfərə şamil edilir.

Söhbət bank hesablarının dondurulması və viza qadağasından gedir.

Bu sanksiyalar İrana qarşı 2011-ci ildə tətbiq edilib.

İran ötən ay BMT-nin insan haqları ilə bağlı son hesabatını pisləyib və bunun siyasi motivli olduğunu bəyan edib.

Hesabata görə 2015-ci ildə İranda 1000-ə yaxın edam cəzası icra edilib ki, bu son 20 ildə ən yüksək göstəricidir. Onların çoxunun gənclər olduğu bildirilir.

Qeyd edək ki, Avropa Birliyi İranla əldə olunan yekun nüvə sazişinin vasitəçilərindən biridir.

Bu sazişdən sonra İrana qarşı beynəlxalq sanksiyalar qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG