Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:32

-

«Azərbaycan Fələstin xalqına sülhün, sabitliyin əldə edilməsi və paytaxtı Şərqi Qüds olan müstəqil dövlətin yaradılması mübarizəsində özünün hərtərəfli dəstəyini qeyd edir».

Bunu xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Şurasının İstanbulda keçirilən toplantısındakı çıxışında deyib. Xəbəri Xarici İşlər Nazirliyinin saytı yayıb.

E.Məmmədyarov deyib ki, Azərbaycan islam dəyərlərini təşviq edən ölkədir. Bakıda gələn il İslam Həmrəyliyi Oyunları keçiriləcək.

O, Dağlıq Qarabağ bölgəsində durumun gərginləşməsi barədə də bilgi verib: «Ermənistan atəşkəsi kobud surətdə pozaraq münaqişənin nizamlanması üzrə danışıqlar prosesində destruktiv siyasətini bir daha ortaya qoydu. Bu gün Ermənistan atəşkəs rejimini pozmaqda davam edir. Diqqəti sülh prosesinə lazım olan əsas məsələlərdən yayındırmaqla dünyaya öz əsas niyyətini nümayiş etdirir».

Nazir deyib ki, beynəlxalq ictimaiyyət Ermənistandan Azərbaycan ərazilərindən qoşunlarını çıxartmağı və BMT-nin qətnamələrini yerinə yetirməyi tələb etməlidir.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu da öz çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub. M.Çavuşoğlu deyib ki, BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilməli və bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Aprelin 12-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Şurasının iclası başlayıb. İclas sabah başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG