Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:38

Türkiyənin Diyarbəkr əyalətində törədilən partlayışda 2 əsgər ölüb, 50-ə yaxın adam yaralanıb.

Xəsarət alanlardan 8-i mülki sakinlərdir.

Yaraqlılar aprelin 11-i axşam saatlarında Hani şəhərində minalanmış maşını polis məntəqəsinə çırpıblar.

Hakim dairələr hesab edir ki, bu hücumun arxasında PKK ailə əlbir olan kürd yaraqlıları durur.

Diyarbəkr əyalətində əsasən kürdlər yaşayır.

PKK ötən il Türkiyə ilə atəşkəs razılaşmasından çıxdıqdan sonra Diyarbəkr də daxil olmaqla Türkiyədə terror aktlarının artdığı müşahidə olunur.

Yeni terror aktları və toqquşmalarda 350-dən çoxtəhlükəsizlik qüvvəsi də daxil olmaqla yüzlərlə adam ölüb.

PKK-nın 1984-cü ildən bu yana müstəqillik uğrunda apardığı silahlı mübarizədə 40 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG