Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:09

Aprelin 11-də Vaşinqtonda-Kapitoli təpəsi deyilən ərazidə 400-dən çox etirazçı saxlanıb.

Aksiyaçılar Konqresin binası ətrafında korrupsiyaya etiraz olaraq oturaq aksiya keçiririblər.

Polis aksiyanın icazəsiz olduğunu deyir.

Mitinqi “Demokratik bahar” hərəkatı təşkil edib.

Onlar Konqresdən siyasətdə “böyük korrupsiya pulları”na son qoyulmasını, həmçinin azad və ədalətli seçki keçirilməsini tələb ediblər.

Onlar əllərində “Mən sizin varınıza qarşı yox, mənim hökumətimi almağınıza qarşıyam” kimi plakatlar tutublar.

Polis deyir ki, aksiyaçılar yolda insanların hərəkətini əngəllədiklərinə görə saxlanıblar.

“Demokratik bahar” hərəkatının fəalları Fladelfiyadan Vaşinqtona 10 günlük yürüş ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG