Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:27

-

Binəqədi rayonunda iki nəfərin dəm qazından zəhərlənərək öldüyü bildirilir.

«Report»un xəbərinə görə, Biləcəri qəsəbə sakini Fidan Kərimova və «Motodrom» yaşayış sahəsində yaşayan İlham Rəhimovun mənzillərində meyitləri aşkarlanıb. Onların dəm qazından zəhərlənərək öldükləri deyilir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azərbaycanda dəm qazından tez-tez ölüm halları baş verir. Mətbuatının yazdığına görə, təkcə mart ayında Azərbaycanda 20-dən çox şəxs dəm qazından zəhərlənərək ölüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG