Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:07

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 100 dəfə pozub.

Bu zaman 60, 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə edildiyi qeyd edilir.

Məlumatda deyilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub. Habelə, Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Əlibəyli kəndlərinin vurulduğu deyilir.

Bundan başqa, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqelərinin atəşə tutulduğu qeyd edilir.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı və Mərzili kəndləri də atəş altında qalıb. Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonunun da bəzi məntəqələri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab verdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG